19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kommersiya qurumlarının sayı artıb

2020-ci ilin mart ayının 1-nə respublika üzrə 1 milyon 070 min 492 vergi ödəyicisi uçotdadır. Onlardan 927 min 427-si və ya 86,6 faizi fiziki şəxs, 143 min 065-i və ya 13,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 82 min 334 vahid artıb. Bunun 66 min 673-ü (80,9 faizi) fiziki şəxslərin, 15 min 661-i isə (19,1 faizi) hüquqi şəxslərin hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (95,9 faiz) kommersiya qurumları hesabına mümkün olub. Qeyri-kommersiya qurumlarının sayı isə ötən ilin fevral ayı ilə müqayisədə 640 vahid artaraq 15 min 538 vahid təşkil edib.

2020-ci ilin fevral ayında 1.156 kommersiya qurumu qeydiyyata alınıb. Ötən ay 827 yerli investisiyalı qurum, 329 xarici investisiyalı kommersiya qurumu qeydiyyatdan keçib.

2020-ci ilin martın 1-nə qeydiyyatda olan kommersiya qurumlarının 39 min 463-ü xidmət, 36 min 171-i ticarət sektorunda fəaliyyət göstərib.

2020-ci ilin yanvar-fevral aylarında xidmət, ticarət və nəqliyyat sektorunda fəaliyyət göstərəcək hüquqi şəxslərin qeydiyyatda xüsusi çəkisi daha yüksək olub. Belə ki, xidmət sektorunda fəaliyyət göstərən hüquqi şəxslərin sayı 2020-ci ilin əvvəli ilə müqayisədə fevralda xüsusi çəkisi 41,3 faizə çatıb. Ticarət sektorunda bu göstərici 32,1 faizə, nəqliyyatda isə 2,4 faizə çatıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?