8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi-riyazi üsulların tətbiqi müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "İqtisadi islahatlar: İqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzin icraçı direktoru Vüsal Qasımlı ölkədə fəaliyyət göstərən tədqiqat mərkəzlərinin yüksək səviyyəli elm xadimləri ilə iqtisadi təhlil və modelləşdirmə üzrə fikir və təcrübə mübadiləsinin əhəmiyyətli olduğunu bildirib.

Ölkədə beyin mərkəzləri tərəfindən işlənib hazırlanan və iqtisadi prosesləri özündə hərtərəfli təsvir edə bilən müxtəlif iqtisadi riyazi təhlil metodlarından istifadə imkanları və onların tətbiqi nəticəsində əldə olunan nəticələr barəsində geniş fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, hazırda dünyada baş verən geosiyasi və iqtisadi proseslər daha təkmil və mütərəqqi iqtisadi təhlil metodlarından istifadəni labüd edir. İqtisadi təhlillərin nəticələrinin iqtisadi siyasətin istiqamətlərinin formalaşdırılmasında, eləcə də daha optimal qərarqəbuletməyə təsirləri barədə danışılıb. Beynəlxalq təcrübəyə əsaslanaraq ölkədə fəaliyyət göstərən beyin mərkəzlərinin gələcəkdə effektiv və koordinasiyalı şəkildə əməkdaşlığa cəlb olunma yolları müzakirə olunub və birgə fəaliyyətlər müəyyən edilib, eləcə də bu istiqamətdə mütəmadi "dəyirmi masa"ların keçirilməsi tövsiyə olunub.

"İqtisadi islahatlar: İqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti" mövzusunda elmi müzakirə iki sessiyadan ibarət olub.

"Tədqiqat mərkəzləri tərəfindən aparılan təhlillərin iqtisadi siyasətə tətbiqi necə təmin edilir? İqtisadi inkişafın təhlili üzrə tədqiqat modelləri: İqtisadi siyasətə aid nəzəriyyə və praktika nümunələri" mövzusunda müzakirədə İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənli, AMEA Kibernetika İnstitutunda laboratoriya rəhbəri Qorxmaz İmanov, KTN yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin MBA direktoru Rafik Əliyev, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Akif Musayev, Mərkəzi Bankın Tədqiqatlar departamentinin direktoru Asif Qasımov, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Arzu Hüseynova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov təqdimatla çıxışlar ediblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Təhlil və Planlaşdırma meneceri Vüsalə Cəfərovanın təqdimatı "Beynəlxalq təcrübədə hökumətin beyin mərkəzləri iqtisadi təhlil və proqnozlaşdırma sahəsində necə əməkdaşlıq edirlər?" mövzusuna həsr olunub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?