24 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda "Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi" tədbiri keçirilir

II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, sahə üzrə yerli və beynəlxalq təşkilatların, eləcə də müvafiq sahədə lisenziya almış şirkətlərin tərəfdaşlığı ilə "Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi" tədbiri keçirilir.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə nazir müavini Elmir Vəlizadə açıb.

E.Vəlizadə çıxışında fərdi məlumatların qorunmasında Avropa təcrübəsini nümunə göstərib. Nazir müavinin sözlərinə görə, fərdi məlumatlardan qanunsuz istifadəyə görə, ötən il Avropa İttifaqında ümumilikdə 350 mln. avroluq cərimə tətbiq edilib: "Avropada fərdi məlumatların icazəsiz istifadəsinə görə, kifayət qədər böyük məbləğlərdə cərimələr müəyyən edilib. Qaydalara görə, belə məlumatlardan düzgün istifadə edilməməsinə görə, şirkətlər 20 mln avro yaxud şirkətin gəlirinin 4 faizi həcmində cərimə tətbiq edilir. Ötən il isə ümumilikdə 350 mln avro həcmində cərimələnmə olub".

Qeyd edək ki, əsas məqsəd fərdi məlumatların mülkiyyətçisi və operatoru kateqoriyalarını təmsil edən şəxslərlə əməkdaşlığın gücləndirilməsi, onların maarifləndirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla, ölkə səviyyəsində fərdi məlumatların mühafizə səviyyəsinin yüksəldilməsidir.

Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, bank sektoru, beynəlxalq təşkilatlar və nümayəndəliklər, internet xidməti provayderləri, mobil operatorlar, təhsil müəssisələri, sığorta şirkətləri, səhiyyə müəssisələri və digər təşkilatların fərdi məlumatların mühafizəsi üzrə məsul şəxsləri, eləcə də Avropa Şurasının, Moldova, İsrail və s. ölkələrin ekspertləri iştirak ediblər.

"Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi" tədbirində yerli və beynəlxalq şirkətlər tərəfindən rəqəmli erada fərdi məlumatların mühafizəsi sahəsində Avropa İttifaqının Məlumat Mühafizəsinin Ümumi Qaydaları (General Data Protection Regulation – "GDPR") əsas götürülməklə Avropa təcrübəsi ilə bağlı təqdimatlar və məruzələr dinlənilib.

Bununla yanaşı, fərdi məlumatların mühafizəsi sahəsində ölkə üzrə əlaqələndirici qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin təqdimatında ölkəmizdə sahə üzrə mövcud vəziyyət, həyata keçirilmiş işlərlə və aparılan islahatlarla bağlı ətraflı məlumat verilib.

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”