19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"AzInTelecom"un üçüncü data mərkəzi "TIER III" sertifikatına layiq görülüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən, Azərbaycanda ilk "TIER III" standartlı data mərkəzinin yerləşdiyi "AzInTelecom" MMC öz imkanlarını genişləndirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, "Azcloud" bulud xidmətləri tərəfindən göstərilən xidmət sahələrinin artması nəzərə alınaraq, mövcud data mərkəzinin texniki imkanlarının yüksəldilməsi məqsədilə Bakıda "AzInTelecom"un inzibati binası ərazisində yeni data mərkəzinin inşası tamamlanmaq üzrədir. Bu yaxınlarda yeni mərkəz dayanıqlılıq səviyyəsinə görə ABŞ-ın "Uptime Institute" təşkilatının "TIER III Design" uyğunluq sertifikatına layiq görülüb.

"TIER III" standartına uyğunluq dedikdə bütün infrastrukturun rezervlənməsi nəzərdə tutulur. Bu da, öz növbəsində, texniki qüsur olduğu halda belə, fasiləsiz şəkildə fəaliyyət göstərməyə imkan verərək xidmət keyfiyyətinin 99,9 faiz səviyyəsində olması və ya il ərzində ümumi boşdayanma ehtimalı müddətinin 1,6 saatdan çox olmamasıdır. Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması, enerji mənbələrinin idarə edilməsi və enerji paylaşdırıcı avadanlıqlar sayəsində ətraf mühitə tam zərərsiz data mərkəzi qurmaq mümkün olub.

Bununla yanaşı, "AzInTelecom" şirkəti IT idarəetməsi sahəsində mükəmməlliyi nümayiş etdirən və ən effektiv metodların tətbiqinin əyani göstəricisi olan "ISO 20000" standartının uyğunluq sertifikatına və informasiya təhlükəsizliyinin idarəetmə sisteminin beynəlxalq standartlarına uyğun olmasının bariz sübutu olan "ISO 27001" standartına malikdir.

Qeyd edək ki, "AzInTelecom" MMC-nin inzibati binası ərazisində inşa edilən yeni data mərkəzi müəssisənin "TIER III" standartları əsasında qurulan sayca 3-cü data mərkəzidir. 2019-cu ildə Yevlax şəhərində inşasına başlanılan data mərkəzi "TIER III Design" sertifikatına və 2015-ci ildə Bakıda yerləşən data mərkəzi "TIER III Facility" uyğunluq sertifikatlarına layiq görülüb

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?