1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Visa kartları ilə ödəniş qazandırır!" lotereyasına start verilir

"Visa kartları ilə ödəniş qazandırır!" lotereyasına start verilir

Azərbaycan Respublikasının Mərkəzi Bankı Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə 1 mart 2020-ci il tarixindən başlayaraq bütün əhali və ölkə miqyasını əhatə edəcək "Visa kartları ilə ödəniş qazandırır!" adlı stimullaşdırıcı lotereyaya start verir.

İki tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq mart və aprel aylarını əhatə edəcək. Bu dövrdə Azərbaycan bankları tərəfindən emissiya edilmiş "Visa" brendli ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcəkdir. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə bir şans verəcək.

Lotereyanın uduş məbləği 100 (yüz) manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcəkdir. Lotereyada "Visa" brendli ödəniş kartları, o cümlədən pensiya, əməkhaqqı, təqaüd və tələbə kartları iştirak edəcəkdir. Lotereya dövründə, ümumilikdə, ölkə üzrə 300 nəfərin qalib olacağı planlaşdırılır.

Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Ölkədə "Visa" brendli ödəniş kartı emissiya edən bankların kommunikasiya və müştəri xidməti personalı təlimatlandırılmışdır. Eyni zamanda, Visa Beynəlxalq Xidmət Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası lotereyanın kommunikasiyası üzrə Mərkəzi Bankın tərəfdaşlarıdır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?