11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Bir Pəncərə" ilə məhsul ixrac edilən ölkələr

"Bir Pəncərə" ilə məhsul ixrac edilən ölkələr

Bu ilin yanvar ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatların verilməsi davam etdirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib. Bildirilib ki, ilk ayda "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirdikləri ixracın dəyəri isə 8,1 milyon ABŞ dolları olub.

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin sertifikat təqdim etdiyi məhsullar 21 ölkəyə ixrac edilib. Həmin məhsulların 60 faizi İsveçrəyə, 14 faizi Gürcüstana, 13 faizi Rusiyaya, 4 faizi Qazaxıstana, 2 faizi Türkiyəyə, 2 faizi Birləşmiş Krallığa, 5 faizi isə digər ölkələrə (Ukrayna, Çexiya, Belçika, Belarus, İspaniya, Niderland, Malayziya, Avstraliya, Çin, Oman, İsrail, Almaniya, İraq, Səudiyyə Ərəbistanı) satılıb.

İxrac statistikasına nəzər yetirdikdə, 2019-cu ilin fevral ayı ilə müqayisədə ixracda 2,2 milyon ABŞ dolları dəyərində artım müşahidə olunub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?