14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mədəniyyət və incəsənət biznesinin inkişafına dair ictimai müzakirələr aparılıb

Mədəniyyət və incəsənət biznesinin inkişafına dair ictimai müzakirələr aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin inkişafına dair ictimai müzakirə keçirilib. Fevralın 27-də Yarat Müasir İncəsənət Mərkəzində Mədəniyyət Nazirliyinin və KOBİA-nın dəstəyi, qeyri-hökumət təşkilatlarının, müvafiq sahədə fəaliyyət göstərən sahibkarların, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilmiş "Mədəniyyət və incəsənət sahələri biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda tədbirdə müzakirələr aparılıb, iştirakçıların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yaradıcı və mədəniyyət sənayesi ilə bağlı fikirlərini bölüşüb, nazirlik tərəfindən bu sahədə görülən işlər, o cümlədən kreativ sənaye ilə bağlı forumun keçirilməsi, internet səhifəsinin və müxtəlif assosiasiyaların yaradılması, yaradıcı şəxslər arasında müsabiqələrin təşkili barədə məlumat verib, bu sahənin inkişafı istiqamətində tədbirlərin davam edəcəyini qeyd edib.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma olduğunu, müvafiq sektorun Azərbaycan iqtisadiyyatında dəyər yaratma potensialının geniş olduğunu bildirib. Qeyd olunub ki, qabaqcıl dünya ölkələrində yaradıcı və mədəniyyət sənayelərinin ÜDM-də payı 5 faizdən çoxdur, məşğulluqda da payı kifayət qədərdir. Azərbaycanda isə belə göstəricilər haqqında danışmaq hələ tezdir. Sahibkarları dəstəkləyən, onların maraqlarından çıxış edən KOBİA yaradıcı və mədəniyyət sənayesi sahəsində biznesin inkişafına dair ənənəvi sahələr üzrə dövlət və özəl sektorun təmsil olunduğu İşçi Qrupun yaradılmasını, yaradıcı və mədəniyyət sənayesi sahəsində çalışan KOB-ların dövlət dəstək mexanizmlərindən faydalanması üçün maarifləndirilməsi, bu sahədə biznes assosiasiyanın, yeni təşkilati modellərin, o cümlədən Yaradıcı və Mədəniyyət sənayeləri üzrə Startap Biznes mərkəzlərinin, klasterlərin yaradılması və bunun təşviq edilməsini təklif edir.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilmə məqsədi, təmsil etdiyi qurumum fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirib.

KOBİA-nın idarə heyəti sədrinin müavini Nadir Adilov isə forumda sahibkarlar, mədəniyyət və incəsənət nümayəndələri tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərinin nəzərə alınaraq aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.

Forum çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış "www.creative.az" saytına dair təqdimat keçirilib, yaradıcı və mədəniyyət sənayesi sektorunda fəaliyyət göstərən sahibkarlar arasında sorğu keçirilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?