27 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Orxan Məmmədov: "Mədəniyyət və incəsənət sektorunun iqtisadiyyatda dəyər yaratma potensialı genişdir"

Mədəniyyət və incəsənət sektorunun Azərbaycan iqtisadiyyatında dəyər yaratma potensialı genişdir. Belə ki, qabaqcıl dünya ölkələrində "Yaradıcı və mədəniyyət sənayeləri"nin ÜDM-də payı 5 faizdən çoxdur. Bu sektorun məşğulluqda da payı kifayət qədərdir. Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov fevralın 27-də "Mədəniyyət və incəsənət sahələri biznes forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib: "Azərbaycanda yaradıcı və mədəniyyət sənayeləri üzrə ənənəvi sektorlar var: sənətkarlıq növləri, zəngin musiqi ənənələrimiz, film, rəssamlıq, foto və sair. Bu isə bu sektorun biznesyönümlü, o cümlədən gəlir gətirən və dəyər yaradan sahələr olaraq formalaşması üçün əsas rol oynaya bilər. KOBİA olaraq ölkəmizdə yaradıcı və mədəniyyət sənayeləri üzrə müqayisəli üstün olduğumuz ənənəvi sahələrdə inkişaf potensialının reallaşdırılması və koordinasiyalı tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumları və özəl sektorun təmsil olunduğu İşçi Qrupun yaradılmasını təklif edirik. Hesab edirik ki, bu format çərçivəsində sahənin gələcək inkişafı ilə bağlı təkliflər toplanılmalı, hədəflər müəyyən edilməli, eləcə də bu hədəflərə çatmaq üçün konkret Yol xəritəsi hazırlanmalıdır".

Azərbaycanda KOB-un inkişafı və təşviq edilməsi məqsədilə çoxsaylı dövlət dəstək mexanizmlərinin mövcud olduğunu deyən idarə heyətinin sədri bildirib ki, bu mexanizmlər vasitəsilə KOB-lara çoxsaylı güzəştlər və imtiyazlar verilir. Yaradıcı və mədəniyyət sənayeləri sahəsində çalışan KOB subyektlərinin də belə dəstək mexanizmlərindən faydalanması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsini zəruri hesab edirik. Ötən il KOBİA tərəfindən təşkil olunan maarifləndirmə tədbirlərinə 8000-dən çox KOB subyekti cəlb olunub və bu il ərzində də belə tədbirlər davam etdiriləcək.

VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?