19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Banklar kiçik və orta biznes subyektləri ilə əməkdaşlığı genişləndirir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və "Rabitəbank" ASC-nin birgə təşkilatçılığı ilə ixracla məşğul olan kiçik və orta biznes subyektləri ilə görüş keçirilib. KOBİA-dan bildirilib ki, görüşdə ixraca dövlət dəstəyi mexanizmləri və ixrac təşviqinə dair məlumat verilib.

"Rabitəbank" ASC-nin təmsilçisi bank tərəfindən ixracla məşğul olan KOB-lar üçün yaradılmış "İxracatçı" biznes kreditini diqqətə çatdırıb. Qeyd olunub ki, "İxracatçı" biznes krediti yerli məhsulların ixracı və "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması məqsədilə yaradılıb. "İxracatçı" krediti KOB-lara 36 ayadək ABŞ dolları üzrə 4,9 faiz, Azərbaycan manatı üzrə isə 13,9 faizlə verilir. Kredit alan kiçik və orta biznes subyektlərinə ixracdan daxil olan vəsaitin konvertasiyası və köçürülməsi üzrə komissiya haqqı 0 faiz, kreditin rəsmiləşdirilməsi və ixracdan daxil olan vəsaitin nağdlaşdırılması üçün komissiya haqqına isə 50 faiz endirim tətbiq olunur.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?