23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Zərgərlik məmulatlarının keyfiyyətinə dövlət nəzarətini həyata keçirəcək qurumun olmaması istehlakçıların hüquqlarının pozulması hallarını artırır

Zərgərlik məmulatlarının keyfiyyətinə dövlət nəzarətini həyata keçirəcək qurumun olmaması istehlakçıların hüquqlarının pozulması hallarını artırır

2019-cu ildə Azərbaycana idxal olunan zərgərlik məmulatlarının dəyəri 15,6 mln. ABŞ dolları təşkil edib ki, bu da real bazar həcmindən dəfələrlə aşağı göstəricidir. Bunu "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar" mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, göstəricilərin bu səviyyədə olması idxal rüsumlarının çox olması, qaçaqmalçılıq, məhsul idxalçılarının vergidən yayınma məqsədilə əməliyyatların qeyri-leqal həyata keçirilməsi ilə bağlıdır: "Bu sahədə məhsulların keyfiyyətinə və əyyar göstəricilərinə dövlət nəzarətini həyata keçirəcək qurumunun hazırda fəaliyyət göstərməməsi, bazar iştirakçılarının, eləcə də istehlakçıların hüquqlarının pozulması hallarını artırır".

O, həmçinin əlavə edib ki, bu sektorda fəaliyyət göstərən sahibkarların təşkilatlanması, dövlət-özəl dialoqu vasitəsilə ictimai müzakirələrin aparılmasında boşluqlar mövcuddur: "Bu sahənin inkişaf etdirilməsi, müvafiq sahədə ticarətin və istehsalın təşviqi məqsədi ilə idxal rüsumlarının dərəcələrinə yenidən baxılması və ya tənzimləmə alətlərin sadələşdirilməsini təklif edirik. Belə ki, qiymətli metallar və daşların ölkəyə idxalı üçün 15 faiz gömrük rüsumu, 18 faiz ƏDV, əlavə olaraq aksiz vergisi tətbiq olunur. Bir sıra MDB ölkələrinin təcrübəsinə baxsaq, görərik ki, bu sahədə tətbiq edilən vergi və rüsum dərəcələri bizim ölkə ilə müqayisədə olduqca aşağı və ya yox dərəcədədir. Məsələn, Ukrayna, Gürcüstan, Özbəkistan və s. ölkələrdə bu məhsulların idxalına heç bir rüsum alınmır. Hətta bir sıra ölkədə müvafiq sahədə yerli istehsalın təşviqi məqsədi ilə sahibkarlara güzəştli şərtlərlə kreditlər təklif olunur".

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?