13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"AzerGold" son 3 ildə ölkə iqtisadiyyatına 400 milyon manat vəsait cəlb edib

"AzerGold" QSC 2017-2020-ci illərdə 173 min unsiyadan çox qızıl və 290 min unsiya gümüşün satışından ümumilikdə ölkə iqtisadiyyatına 399,3 milyon manat vəsait cəlb edib". Bunu səhmdar cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla görüşdə bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum ölkədə əlvan metalların işlənməsi, hasilatı və qiymətlilərin dünya birjalarına ixracı ilə məşğul olaraq ölkədə qeyri-neft sənayəsinin liderlərindən birinə çevrilib: "Məlumdur ki, metalların beynəlxalq birjada satışının təşkili üçün hasilatçı şirkətlər bir sıra çətin prosedur və beynəlxalq audit yoxlamalarından keçməlidir. Bu gün biz qürur hissi ilə qeyd edə bilərik ki, "AzerGold" bütün bu çoxsaylı yoxlamalardan 2017-ci ildə uğurla keçib və İsveçrənin dünyaca məşhur aparıcı affinaj şirkətlərindən biri ilə müqavilə bağlayaraq, Azərbaycanda hasil edilən metalları dünya bazarına çıxara bilib. Bundan başqa, bu əməliyyatlar nəticəsində dövlət büdcəsinə 30,6 milyon manatdan çox vergi və rüsum ödənilib. Bunun 3,8 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, 26,8 milyon manatı isə Vergilər Nazirliyinə ödənilib".

O əlavə edib ki, hasil edilən qiymətli metalların beynəlxalq bazarlarda reallaşdırılması ilə yanaşı, hazırda Azərbaycan Dövlət Neft Fondu, Prezident İşlər İdarəsinə məxsus "Azərsuvenir" MMC və bir sıra digər qurumlarla qızıl və gümüş təminatı istiqamətində də işlər aparılır: "Ölkənin aparıcı qızıl hasilatçısı və ixracatçısı kimi yerli bazarda da Azərbaycan qızılı və gümüşündən məhsulların təqdim edilməsinin vacibliyini nəzərə alaraq, bir il öncə, ötən ilin fevral ayından etibarən ölkənin pərakəndə bazarında müvafiq məhsulların satışına başladıq. Belə ki, Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsində hasil edilən qızıl və gümüşdən 5, 10 və 20 qramlıq 999.9 əyarlı yüksək keyfiyyətli külçə və sikkələr istehsal edilib və hazırda şəhərin 12 müxtəlif nöqtəsində, həmçinin onlayn platforma üzərindən satışı həyata keçirilməkdədir. Üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının Çələbi naxışı əks olunmuş bu məhsullar mədəniyyətimiz, incəsənətimiz və tariximiz kimi milli dəyərlərimizi təşviq edir. Bu layihənin icra edilməsinin əsas məqsədi ilk növbədə yerli istehsalın dəstəklənməsi və "Made in Azerbaijan" brendinin təşviq edilməsi olmuşdur. Məhz buna görə də məhsulların satışından əldə edilə biləcək minimal mənfəət nəzərə alınaraq satışa çıxarılmışdır. Məhsullarımız müvafiq keyfiyyət sertifikatı ilə təmin edilir ki, bu da alıcıların hüquqlarının Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin olmaması fonunda etibarlı təminatı kimi çıxış edir".

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?