11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək müqaviləsi olmadan işləmək ilk növbədə işçinin özü üçün zərərlidir

Son illər qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə mövcud hüquqi baza təkmilləşdirilib və bir sıra normativ hüquqi aktlar qəbul edilib. "Məşğulluq haqqında" qəbul edilən yeni Qanunda və fevralın 13-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq etdiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı"nda layiqli əməyin təmin edilməsi və qeyri-formal məşğulluğa qarşı mübarizə sahəsində mühüm tədbirlərin görülməsi nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov AZƏRTAC-ın müxbiri ilə söhbətində ölkəmizdə qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid barədə danışarkən deyib:

- Həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq və əhatə dairəsini genişləndirmək məqsədilə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri ilə sıx əməkdaşlıq qurulub. 2018-ci il yanvarın 1-dən qüvvəyə minən "İşsizlikdən sığorta haqqında" Qanuna uyğun olaraq yaradılan İşsizlikdən Sığorta Fondu aktiv məşğulluq tədbirlərinin sayının artırılmasına və onun əhatə dairəsinin genişləndirilməsinə imkan verib. Elə bunun nəticəsində 2018-ci ildə özünüməşğulluq proqramı 6,5 dəfə genişləndirilib, layihəyə 7 min 267 nəfər cəlb olunub. Keçən il isə proqrama cəlb olunanların sayı 10 min 352 nəfərə çatıb.

2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət
sektoruna aid edilən vergi ödəyicilərində məcburi dövlət sosial sığorta haqları
üzrə maliyyə yükü işçilərlə işəgötürənlər arasında optimal bölüşdürülüb

İşçilərin və işəgötürənlərin formal məşğulluğa marağını artırmaq məqsədilə 2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda gəlir vergisindən azad edilib, habelə məcburi dövlət sosial sığorta haqları üzrə maliyyə yükü işçilərlə işəgötürənlər arasında optimal bölüşdürülüb.

Vergi yükünün optimallaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 2019-cu ilin yanvarın 1-dən sadələşdirilmiş verginin dərəcəsi bütün ölkə ərazisində 2 faiz müəyyən edilib. Həmçinin özünüməşğul əhali kateqoriyasından olan bərbər, ofisiant, dərzi, çəkməçi və s. fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər üçün sabit vergi nəzərdə tutulub.

- Elnur müəllim, görülən tədbirlər hansı müsbət dəyişiklərə səbəb olub?

- İnzibatçılığın təkmilləşdirilməsi və sahibkarların işinin yüngülləşdirilməsi üçün məcburi sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və əməkhaqqından tutulan gəlir vergisinin toplanmasının vergi orqanları tərəfindən həyata keçirilməsinə başlanılıb. Bu, sahibkarlıq subyektlərinə hesabatların “bir pəncərə” prinsipi əsasında təqdim olunmasına və nəzarət tədbirlərinin bir orqan tərəfindən həyata keçirilməsinə imkan verib. Qeyri-formal məşğulluğun aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər bir sıra müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək Müqaviləsi Bildirişi altsisteminin məlumatına görə, keçən ilin axırlarında əmək müqaviləsi bildirişlərinin sayı 1 milyon 554 min 420-ə çatıb. Başqa sözlə, 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artıb. Artımın 99 mini özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşüb. Ötən il əməkhaqqı fondu isə 42,3 faiz artıb, onun 39 faizi özəl, 45 faizi isə dövlət sektoruna aid olub. Median əməkhaqqında da 52 faiz artım baş verib.

Özünüməşğul əhali kateqoriyasından olan bərbər, ofisiant,
dərzi, çəkməçi və s. fəaliyyət növləri ilə fərdi qaydada
məşğul olan fiziki şəxslər üçün sabit vergi nəzərdə tutulub

Ötən il dövlət başçısının müvafiq fərmanları ilə minimum əməkhaqqının 93 faiz artırılması və digər mühüm sosial tədbirlər qeyri-formal məşğulluğun azaldılmasına müsbət təsir göstərib, əməkhaqlarının rəsmiləşdirilməsi və əmək müqavilələrinin bağlanılması məsələlərində xeyli irəliləyişlər əldə edilib.

Əmək müqaviləsi ilə işləyən şəxslər qanunvericilik çərçivəsində onlar üçün nəzərdə tutulmuş sosial təminatlardan istifadə etmək hüququ qazanıblar. 2019-cu il ərzində əmək müqaviləsi artımı ən çox artım topdan və pərakəndə ticarət (28 min 831nəfər ), emal sənayesi (14 min 112 nəfər), tikinti (10 min 296 nəfər), dövlət idarəetməsi və müdafiə (51 min 443 nəfər) və digər sahələrdə müşahidə edilib.

Ümumilikdə isə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yarandığı 2017-ci il aprelin 1-dən bu il yanvarın 1-dək 276 min 444 əmək müqaviləsi bildirişi artımı müşahidə olunub. Əmək müqaviləsi olmadan işləmək ilk növbədə işçinin özü üçün zərərlidir. Məsələ burasındadır ki, müqavilə ilə işlədikdə işçinin sağlam və təhlükəsiz əmək şəraitində işləmək, minimum əməkhaqqı məbləğindən az olmayaraq əməkhaqqı ilə təmin olunmaq, pensiya təminatı hüququna malik olmaq, iş vaxtından artıq işlədikdə əlavə əməkhaqqı almaq, ödənişli məzuniyyətə çıxmaq, müxtəlif səbəblərdən iş yerini itirdikdə işsizlikdən sığorta ödənişi ilə təmin olunmaq hüququna malik olur. Müqaviləsiz işləyən işçi isə bütün bunlardan məhrum olur.

Ötən il əməkhaqqı fondu 2,3 faiz artıb, onun 39 faizi özəl, 45 faizi isə
dövlət sektoruna aid olub. Median əməkhaqqında da 52 faiz artım baş verib

- Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində başqa hansı tədbirlər görülür?

- Qeyri-formal məşğulluğa qarşı mübarizədə inzibati tədbirlərlə yanaşı, təbliğat və maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət daşıyır. Son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən paytaxtda və bölgələrdə qeyri-formal məşğulluğun qarşısının alınması mövzusuna həsr olunan maarifləndirici tədbirlər keçirilib. Həmin mövzuda 60-dan çox yazılı məlumat, 80-dək süjet, 10 sosial çarx, 20-dən çox poster hazırlanaraq kütləvi-informasiya vasitələri və sosial şəbəkələrdə yayılıb. Əmək müqaviləsinin əhəmiyyətini təşviq edən kreativ mesajların ictimai yerlərdə nümayişinə başlanılıb. Tanınmış şəxslər və blogerlər təbliğat kampaniyasına cəlb edilməklə videoçarxlar, həmçinin 50 mindən çox buklet hazırlanaraq yayımlanıb. Qeyri-formal məşğulluqdan zərər çəkənlər və formal məşğulluğun faydası barədə qısametrajlı sənədli filmlərin çəkilişləri davam edir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?