18 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar ayında Azərbaycana gələn turistlərin sayı 18 faiz artıb

Bu ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya ötən ilin yanvar ayı ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 30,0 faizi Rusiya Federasiyası, 28,2 faizi Gürcüstan, 10,6 faizi Türkiyə, 5,8 faizi İran, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Küveyt, hər birindən 1,4 faiz olmaqla Qazaxıstan və Pakistan, 1,1 faizi Türkmənistan, 0,9 faizi İraq, hər birindən 0,8 faiz olmaqla Böyük Britaniya və İsrail, 7,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə 2020-ci ilin yanvar ayında gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (4,2 dəfə), İsrail (2,6 dəfə), Hindistan (80,2%), Küveyt (73,3%), Bəhreyn (69,8%), Malayziya (62,5%), Çin (54,0%), Macarıstan (42,9%), Belarus (29,5%), Moldova (28,6%), Yaponiya (26,6%), İran (26,4%), Cənubi Koreya (21,7%), Ukrayna (21,1%), Rusiya Federasiyası (20,4%), Qazaxıstan (19,6%) və Pakistan (15,3%) vətəndaşları arasında qeydə alınıb.

Bu ilin yanvar ayında Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 21,2 faiz artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,4 faiz artaraq 80,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı isə 1,0 faiz artaraq 5,9 min nəfər olub.

Qeyd edək ki, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,1 faizi dəmir yolu və avtomobil, 35,0 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?