30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 43 milyon manatdan çox vəsait yığılıb

2019-cu ildə Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətləri tərəfindən ümumilikdə 43,427 mln. manat həcmində sığorta haqqı yığılıb. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu, 2018-ci il ilə müqayisədə sözügedən sığorta növü üzrə yığımlarda 43 faiz artım deməkdir. İl ərzində ödənişlər 5,415 mln. manat ödəniş həyata keçirilib ki, bu da 2018-ci il ilə müqayisədə 35 faiz çoxdur.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ötən il ərzində yığımlar 100,430 mln. manat, ödənişlər 67,236 mln. manat təşkil edib. Beləliklə, 2018-ci il ilə müqayisədə müvafiq olaraq yığımlarda 5,2 faiz, ödənişlərdə 26 faiz artım qeydə alınıb.

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2019-cu il ərzində qeyri-həyat icbari sığorta növləri üzrə cəmi 176,460 mln. manat həcmində sığorta haqqı yığılıb. Yığımlarda illik 12,7 faiz artıb. 2019-cu ildə sığorta ödənişləri də illik 20 faiz artaraq 77,526 mln. manata yüksəlib.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?