19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın xarici investisiya cəlbediciliyi xeyli artıb

Son illər ölkədə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan bir sıra beynəlxalq təşkilatların hazırladığı reytinqlərdə yüksək pillədə qərarlaşıb. Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bildirib ki, ölkədə biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı da qeyd edir. "Doing Business" hesabatında isə Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib. Bütün bunlar ölkəyə xarici investisiyaların cəlb edilməsinə öz müsbət təsirini göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Departament rəhbəri Nicat Hacızadənin sözlərinə görə, beynəlxalq reytinqlər investorların daim izlədiyi əsas mənbələrdəndir. Son illərdə aparılan sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan beynəlxalq reytinqlərdə bir sıra parametrlər üzrə irəliləyib. Biznesə başlamaq, tikintiyə icazələrin verilməsi, əmlakın qeydiyyatı, müflisləşmə, müqavilələrin icrası, sərhəddə ticarət, gömrük prosedurları və digər sahələrlə bağlı islahatlar Dünya Bankının "Doing Business" hesabatında yüksək qiymətləndirilib, nəticədə Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer alıb. İslahatçı ölkənin seçilməsi metodologiyası aparılan islahatların həm nəzəri, həm də praktiki cəhətdən özünü əks etdirməsini tələb edir.

Beynəlxalq reytinqlər sahibkarlar, dövlətlər, QHT-lər tərəfindən daimi şəkildə izlənilir. Azərbaycan sürətlə inkişaf edir və dünyada rekord iqtisadi artıma nail olub, bu da təbii ki, həmin islahatların nəticəsidir. İslahatlardan sonra ölkənin vergi və gömrük daxilolmalarında da artım qeydə alınıb. Xarici investorlar o ölkələrə investisiya qoyurlar ki, orada şəffaflıq, hesabatlılıq, çeviklik, uçotun şəffaflığı təmin edilir, digər hüquqi prosedurlarla bağlı islahatlar aparılır. Həm "Doing Business", həm Qlobal Rəqabətlilik hesabatı, həm də İqtisadi Azadlıq İndeksi tərəfindən ölkəmiz yüksək qiymətləndirilir. "Doing Business" hesabatı Dünya Bankının nəşri olduğu üçün xarici investorlar tərəfindən xüsusilə geniş izlənilir, çünki burada sırf biznes prosesləri ilə bağlı prosedurlar, icra mərhələləri, sub-indikatorlar üzrə keyfiyyət göstəriciləri əks olunur. İnvestorlar hər hansı ölkəyə investisiya qoyduqları təqdirdə praktiki icra mərhələsində hansı üstünlüklərin qazanıla biləcəyi, gəlirliliyin nə qədər olacağı barədə təhlil aparırlar. Bu baxımdan, Azərbaycanın 20 ən islahatçı ölkə sırasında olması ölkədə aparılan iqtisadi islahatların səmərəli nəticəsidir və ölkənin xarici investisiya cəlbediciliyini xeyli artırır.

Səbuhi TURAN

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?