31 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Subsidiyaları yeni qaydalarla almağa imkan verən "Fermer kart"ları artıq sahiblərinə paylanır

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) gübrə, toxum, pestisid təchizatçılarının, eləcə də baytarlıq, fitosanitariya xidmətləri göstərənlərin özlərini fermerlərə tanıtması üçün ən yaxşı platformadır. EKTİS təchizatçılara imkan verir ki, uyğun qiymət, keyfiyyətli və çeşidli məhsul təklif etməklə sistemdə qeydiyyatdan keçmiş fermerləri öz alıcılarına çevirsinlər. Bu platforma həm təchizatçılara, həm də fermerlərə seçilmək və seçim üçün böyük üstünlüklər təqdim edir. Bu sözləri Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda gübrə, pestisid və toxum təchizatçıları ilə görüşdə deyib.

İki yüzədək təchizatçının qatıldığı görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təchizatçıların qeydiyyat modulunun təqdimatı keçirilib, subsidiyaların verilməsinə hazırlıq prosesinin son mərhələsi ilə bağlı açıqlamalar verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev çıxış edərək, gübrə və pestisid bazarının tamamilə liberallaşdığını bildirib. Mirzə Əliyev görüşün əsas məqsədinin təchizatçıları EKTİS-də qeydiyyatdan keçməyi sürətləndirməyə səsləmək olduğunu vurğulayıb. Agentlik sədri qeydiyyatdan keçmə prosedurunu əvvəldən sonadək iştirakçılara nümayiş etdirib. Payızlıq əkinlərə gübrə vermək vaxtının başladığını qeyd edən Mirzə Əliyev təchizatçıları qeydiyyatdan keçməyə, satışlarını həyata keçirən mağazaları pos-terminallarla təmin etməyə çağırıb.

İqtisadiyyatİqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək SosialXüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb Ekspert RəyiTransfer qiymətinin müəyyən edilməsi ilə bağlı yenilik VergiNağd pul hesablaşmaları necə rəsmiləşdirilir? VergiDövlət Vergi Xidməti sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir