19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması

Kənd Təsərrüfatı Nazirliyində yaradılmış təlimçi qrupları tərəfindən "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə bağlı təlimlər keçirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ötən həftə ərzində "Heyvan subsidiyası" ilə əlaqədar olaraq Şəmkir, Tovuz, Göyçay, Ağdaş, Astara, Lənkəran, Samux, Göygöl, Sabirabad, Abşeron, Bərdə, Yevlax, Şabran, Siyəzən, Lerik, Yardımlı, Ucar və Zərdab rayonlarında 681 nəfərə təlimlər keçirilib.

Cari il yanvarın 13-31-də keçirilən təlimlərdə ümumilikdə 1749 nəfər iştirak edib ki, onlardan 257 nəfər süni mayalanma mütəxəssisi, 1049 nəfər baytarlıq mütəxəssisi, 443 nəfər isə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşıdır.

Qeyd edək ki, respublikamızın müxtəlif rayonlarında "Heyvan subsidiyası" ilə bağlı maarifləndirmə işləri davam edir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?