19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA sahibkarlara və menecerlərə müraciət edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlara və menecerlərə müraciət edib. KOBİA-dan bildirilib ki, agentlik "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində 2020-2021-ci illərdə Almaniyada "İqtisadi kooperasiya" üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirak etməkdə maraqlı olan sahibkar və menecerlər üçün müsabiqə elan edib.

Proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektlərinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, biznes sahəsində menecerlərin hazırlanması və ixtisasının artırılmasına, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına dəstək göstərməkdir. Müvafiq tələblərə cavab verən namizədlər müsabiqə mərhələsinə dəvət olunacaqlar. Martda Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcək.

Proqram haqqında ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən – "www.smb.gov.az" əldə etmək olar.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?