14 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində ciddi tədbirlər görülür

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov "vergiler.az"-a ölkənin əmək bazarındakı vəziyyəti şərh edib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə əmək bazarında işçi-işəgötürən münasibətlərinin rəsmiləşdirilməsi və qeyri-rəsmi əmək bazarının ləğvinə yönələn tədbirlərə də yer verilib: "Bunlar administrativ cəza tədbirləri yox, əsasən stimullaşdırıcı addımlardır. Özəl sektorda aylıq əməkhaqqı 8.000 manata qədər olan vətəndaşlar 7 il müddətində gəlir vergisindən azad edilib ki, bu da özəl sektorda çalışanların mütləq əksəriyyətini əhatə edir. Sosial sığorta ödənişlərinin işçi və işəgötürən arasındakı nisbəti də dəyişdirilib. Bütün bu tədbirlərin faydasını görürük. 2019-cu ildə 150 mindən çox əmək müqaviləsi imzalanıb. Hesab edirəm ki, bunların əksəriyyəti yeni yox, "ağardılan" əmək müqavilələridir. İşəgötürənlər mülki müqavilə əsasında, eləcə də qeyri-leqal işlətdikləri işçilərlə rəsmi əmək müqaviləsi bağladılar.

Lakin bütün bu müsbət nəticələr əmək bazarında vəziyyətin tam düzəlməsi, qeyri-rəsmi əmək bazarının həcminin əhəmiyyətli dərəcədə kiçilməsi demək deyil. Bu sahədə hələ də ciddi problemlər qalmaqdadır. İkili mühasibat aparan, əmək müqaviləsi olmadan maaşların "cibdən cibə" ödənildiyi sahibkarlıq subyektləri mövcuddur. Bu cür hallar ədalətli rəqabət mühitinin pozulmasına şərait yaradır. İşçisi ilə rəsmi əmək müqaviləsi bağlamayan sahibkar sosial sığorta haqqı ödəmir, nəticədə onun istehsal etdiyi məhsulun maya dəyəri aşağı düşür, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən vicdanlı sahibkarın isə istehsal etdiyi məhsulun maya dəyəri yüksək olur. Bu sahədəki neqativ halların aradan qaldırılması üçün daha ciddi tədbirlər görülməlidir".

Səbuhi TURAN

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?