15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar ayında Azərbaycanda bəzi banklar əmanətləri ucuzlaşdırıb

2020-ci ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 4 bankda milli və xarici valyutada əhalidən cəlb edilən əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb. "Report"un araşdırmasına görə, manatla qəbul olunan depozitlərin faiz dərəcələri "Turanbank"da 10,50-10,90 faizdən 8,50-9,00 faizə, "Ziraat Bank"da 6,75-7,50 faizdən 5,25-6,50 faizə, "Yelo Bank"da 11,50-12,00 faizdən 9,00-9,50 faizə endirilib.

Dollarla cəlb edilən əmanətlər üzrə faiz dərəcələri "Bank VTB Azərbaycan"da 1,65-1,75 faizdən 0,75-0,85 faizə, "Yelo Bank"da 2,50-3,00 faizdən 2,00-2,10 faizə düşüb.

Bütövlükdə banklar milli valyutada olan əmanətləri 4,00-12,50 faiz diapozonunda qəbul edir. Ən yüksək faizi "NBC Bank", ən aşağı – "Naxçıvan Bank" təklif edir.

Banklar dollar əmanətlərini 0,25-3,00 faizlə cəlb edirlər. Bu valyutada olan əmanətlər üzrə ən yüksək faiz dərəcəsi "Bank BTB" və "NBC Bank"dadır.

Avro əmanətləri üzrə faiz dərəcələri 0,10-3,00 faiz civarında dəyişir. Ən yüksək faiz dərəcəsini "NBC Bank" təklif edir.

Məlumatların toplanmasında əsas kriteriya kimi əmanətlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1.000 manatı aşmaması götürülüb. Bu baxımdan araşdırmaya "Paşa Bank" (minimum məbləğ 20.000 AZN), "Premium Bank" (20.000 AZN) və "Melli İran Bankı"nın Bakı fillialı (5.000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?