22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı onlayn tədbir keçirilib

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı onlayn tədbir keçirilib

Yanvarın 31-də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərlə bağlı maarifləndirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə onlayn tədbir keçirilib.

KOBİA-dan bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin texniki dəstəyi ilə təşkil olunmuş onlayn maarifləndirmə tədbirində Vergilər Nazirliyinin nümayəndələri dövlət vergi siyasəti və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə sahibkarları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Sahibkarların onlayn tədbirə daha rahat qoşulmaları üçün KOBİA-nın inzibati binasında, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən "KOB Dostu" ofislərində zəruri təşkilati və texniki imkanlar yaradılıb. Maarifləndirmə tədbirdən 500-dək sahibkar yararlanıb.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?