5 Dekabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 27 min 975 ipoteka krediti verilib

Bu günə qədər Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1.396,077 milyon manat təşkil edib. İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, bu, ötən il dekabrın 31-i ilə müqayisədə 5,679 milyon manat, yaxud 0,4 faiz çoxdur. İndiyədək dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 105 vahid artaraq 27.975-ə çatıb.

Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ yanvarda dəyişməyərək 69,724 milyon manat olub.

Bu ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri isə 5,712 milyon manat və yaxud 0,8 faiz azalaraq 723,878 milyon manatdan 718,166 milyon manata düşüb.

VergiAlış aktı olmadan nəqliyyat vasitəsini balansa almaq qanunauyğundurmu? VergiUçotda olmayan malların satışı hansı risklər yaradır? VergiVergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər? VergiBeynəlxalq yükdaşıma xidmətinin ƏDV-yə cəlb edilməsi VergiRepetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir? Ekspert RəyiBütün müəssisələrdə baş mühasib ştatının olması vacibdirmi?