24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elman Rüstəmov: "Son vaxtlar pul kütləsini 4 dəfə artırmışıq, amma bu resurslar tam şəkildə iqtisadiyyata ötürülmür"

"Azərbaycanda biznes kreditlərinin ucuzlaşması hiss olunur, amma bu kreditlərin verilməsini stumullaşdırmaq lazımdır". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib: "Banklar kommersiya subyektləridir və biznes onlara göstəriş verə bilmərik ki, daha riskli kreditlər versinlər. Hesab edirəm ki, İpoteka və Kredit Zəmanət Fondu biznes kreditləri ilə bağlı daha çox iş görməlidir, kredit zəmanət mexanizmi çərçivəsində bankların risklərini daha çox azaltmalıdır".

AMB-nin sədri istehlak kreditlərinin əvvəlki kimi yenidən sürətlə artmasından da narahatlığını ifadə edib və buna qarşı müəyyən tədbirlərin görüləcəyini bildirib: "Bəzən mətbuatda yazırlar ki, Mərkəzi Bank kommersiya banklarına borc vermir. Biz öz işimizi görürük. Mərkəzi Bank qısamüddətli likvidlik üçün banklara pul verir ki, iqtisadi subyektlər arasında narazılıq olmasın. Son vaxtlar pul kütləsini 4 dəfə artırmışıq, amma bu resurslar tam şəkildə iqtisadiyyata ötürülmür".

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?