29 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"KOB Dostu" şəbəkəsi genişləndirilir

Keçən il ölkənin 10 şəhər və rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostları fəaliyyətə başlayıb. Hazırda KOBİA-nın sahibkarlara əsas dəstək mexanizmlərindən olan KOB dostlarının sayı 21-dir.

KOBİA-dan bildirilib ki, KOB dostları tərəfindən ötən il KOB-ların qarşılaşdığı məsələlərin və təkliflərin dövlət-sahibkar əməkdaşlıq platformasında müzakirə edilməsi üçün 14 şəhər və rayonda 34 görüş keçirilib, 450-dək səyyar xidmət təşkil olunub.

Ötən il agentliyə "KOB Dostu" şəbəkəsi vasitəsilə 1.500-dən çox müraciət daxil olub. Bu müraciətlərin 34 faizi maliyyə resurslarına çıxış, 33 faizi hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 18 faizi hüquqların müdafiəsi, 15 faizi isə maarifləndirmə məsələlərini əhatə edib. Müraciətlərlə bağlı aidiyyəti dövlət qurumlari ilə birlikdə müvafiq tədbirlər görülüb.

2020-ci ildə "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi və ölkənin daha bir neçə şəhər və rayonunda KOB dostlarının fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ildən etibarən formalaşmaqda olan "KOB Dostu" şəbəkəsi tərəfindən KOB-lara biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, potensial investisiya layihələrinin müəyyənləşdirilməsi və KOB-lar vasitəsilə həyata keçirilməsi, KOB-ların maraqlarının müdafiəsi, dövlət dəstək mexanizmləri barədə maarifləndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?