14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın ötənilki ixracında liderlik edən məhsullar və ölkələr açıqlanıb

Azərbaycanın ötənilki ixracında liderlik edən məhsullar və ölkələr açıqlanıb

2019-cu ildə Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına isə pomidor (189,3 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 172,4 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (124,2 milyon ABŞ dolları) üçüncü olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na əsasən, ötən il meyvə-tərəvəz ixracı 605,8 milyon dollar, plastmass və onlardan hazırlanan məmulatların ixracı 179,4 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 128 milyon dollar, pambıq lifi ixracı 124 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 102,9 milyon dollar, elektrik enerjisinin ixracı 76,8 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57,6 milyon dollar, pambıq ipliyi ixracı 30,2 milyon dollar, şəkər ixracı 26,9 milyon dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 23,7 milyon dollar təşkil edib.

Əvvəlki ilə nisbətən pambıq lifinin ixracı 54 faiz, plastmass və onlardan hazırlanan məmulatların ixracı 51 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 46 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz, pambıq ipliyinin ixracı 27 faiz, elektrik enerjisi ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, şəkər ixracı 8 faiz, meyvə-tərəvəzin ixracı 8 faiz artıb.

2019-cu ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 173 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin dekabr ayı ilə müqayisədə 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixrac 16 milyon dollar və yaxud 10 faiz artıb. 2019-cu ilin dekabr ayında qeyri-neft-qaz məhsulları ən çox mal Rusiyaya (68,3 milyon dollar), Türkiyəyə (38,4 milyon dollar), İsveçrəyə (15,1 milyon dollar), Gürcüstana (8,5 milyon dollar) və Özbəkistana (6,7 milyon dollar) ixrac edilib. 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda pomidor (22,6 milyon dollar) birinci, xurma (20,1 milyon dollar) ikinci, pambıq mahlıcı (14,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?