10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məcburi dövlət sosial sığorta haqlarının hesablanması

Məcburi dövlət sosial sığorta haqlarının tətbiqi 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən "Sosial sığorta haqqında" Qanunun tələblərinə uyğun tənzimlənir. Qanunvericiliyin tələblərini şərh edən iqtisadçı ekspert, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin müəllimi Emin Kazımov bildirib ki, Qanunun 14-cü maddəsində məcburi dövlət sosial sığorta haqlarının sığortaedənlərin fəaliyyət növünə uyğun müəyyən edilərək hesablanması və toplanması qaydaları öz əksini tapıb.

"Sosial sığorta haqqında" Qanuna əsasən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən edilən minimum aylıq əməkhaqqının ticarət və tikinti sahəsində 50 faizi, digər sahələrdə isə 25 faizi nisbətində məcburi dövlət sosial sığorta haqqı hesablayıb ödəməlidirlər. Qeyd etməliyik ki, Qanun dəyişdirilməzdən öncə digər sahələr üçün 20 faiz tətbiq edilirdi. Bakı şəhərində həmin faizlərin hamısı, Gəncə və Sumqayıtda 90 faizi, respublika tabeli şəhərlərdə 60 faizi, kənd yerlərində isə 50 faizi tətbiq edilirdi. Məsələn, Bakıda ticarət fəaliyyəti ilə məşğul olan bir fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs aylıq 125 manat (minimum aylıq əməkhaqqının 50 faizi), hər hansı rayonun kəndində eyni sahədə fəaliyyət göstərən başqa bir şəxs isə 62,50 manat (minimum aylıq əməkhaqqının 50 faizinin yarısı) miqdarında sosial sığorta haqqı ödəyirdi. Son dəyişikliklərdən sonra bu fərqləndirmə aradan götürülərək hər iki şəxsə eyni qayda tətbiq edilməklə 125 manat tətbiq edilir.

1 yanvar 2020-ci il ildən məcburi dövlət sosial sığorta haqqı ödənişində ölkə üzrə vahid qayda tətbiq edilir. Artıq ticarət və tikinti sahələrinə aid edilməyən digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar isə minimum aylıq əməkhaqqının 20 yox, 25 faizi nisbətində məcburi dövlət sosial ayırmaları ödəməlidirlər.

Ticarət və tikinti sahəsi üzrə

Digər sahələrdə

125 (250 manat x 50 faiz)

62,50 (250 manat x 25 faiz) manat

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?