16 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vladimir Kotenev: "Azərbaycan bu gün öz təcrübəsini digər ölkələrə ötürə bilər"

"Azərbaycan bu gün öz təcrübəsini digər ölkələrlə bölüşə bilər". Bunu İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində "Report"a açıqlama verən "Eurusian Strategic Consulting Gmbh" şirkətinin idarəedici direktoru Vladimir Kotenev deyib.

O, Forum çərçivəsində təşkil olunmuş "Xəzər həftəsi"nin qlobal ideyaların müzakirə və mübadiləsi baxımından əhəmiyyətli bir platforma olduğunu qeyd edib. Vladimir Kotenev Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra böyük uğurlara nail olduğunu bildirib: "Azərbaycan, ilk növbədə, Qafqazda və eyni zamanda Xəzər regionunda əsas coğrafi mövqeyə malikdir. Azərbaycan zəngin tarixə malik bir ölkədir. SSRİ dövründə Əfqanıstanda Azərbaycandan göndərilən çoxlu ekspert çalışırdı. Çünki onların eyni dini, yaxın adət-ənənələri var. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan digər respublikalar kimi öz yolu ilə getməyə başladı ki, bu yolda bu günə qədər çox böyük uğurlar əldə edib. Azərbaycan Xəzər regionunun ən varlı ölkələrindəndir. Onun əsas sərvəti neftdir. Buna görə də Avropada Azərbaycana əhəmiyyətli tərəfdaş kimi baxırlar. Son illər Azərbaycan özünün qaz sənayesini də uğurla inkişaf etdirməkdədir. Bu gün Azərbaycanın artıq özünün mütəxəssisləri var. Beləliklə, Azərbaycan bu gün öz təcrübəsini digər ölkələrə ötürə bilər. Hesab edirəm ki, bu gün Azərbaycanın Rusiya ilə və ümumiyyətlə regionun digər ölkələri ilə əməkdaşlığı uğurla inkişaf edir".

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?