10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüsal Qasımlı: "İnklüziv və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün geniş iqtisadi islahatlar həyata keçirilir"

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi işgüzar görüşdə məruzəçi kimi çıxış edib. "Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi artım üçün imkanların yaradılması" mövzusunda aylıq işgüzar görüş Palatanın İdarəedici direktoru Zibər Hüseynovanın açılış nitqi ilə başlayıb. Ardınca İdarə Heyətinin sədri xanım Teybə Quliyeva çıxış edərək iqtisadi islahatların uğurlu həyata keçirilməsində özəl sektor nümayəndələrinin məlumatlandırılması və dövlət sektoru ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

V.Qasımlı Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün geniş iqtisadi islahatların həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, dövlət və özəl sektorlar özəl investisiyaların artırılması, vergi və hüquqi idarəetmənin effektivliyini inkişaf etdirmək üçün birgə təşəbbüslə çıxış etməlidirlər. İcraçı direktor "Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi artım üçün imkanların yaradılması" mövzusunda təqdimatda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların uğurları və 2020-ci il hədəfləri barədə məlumat verib: "Dünyada iqtisadi artım tempi yavaşıdığı halda, son beş ildə Azərbaycanda iqtisadi artım tempi sürətlənir. Artımın sürətlənməsində həlledici amil iqtisadi, sosial, idarəetmə və kadr islahatlarıdır. İndi əsas məsələ daha yüksək artım tempinə və artımın dayanıqlılığına nail olmaqdır.

Bunun üçün biznes mühitinin yaxşılaşdırılması, institutsional təkmilləşmə, infrastrukturun yaxşılaşdırılması, özəl sərməyənin cəlbi, bazarlara çıxış və insan kapitalının inkişafı hökumətin əsas islahat gündəliyini təşkil edir. Əlverişli makroiqtisadi mühit və təşviq mexanizmləri, habelə gözləntilərin yaxşılaşması özəl sərmayənin təşviqini sürətləndirməyə hesablanıb. Bu baxımdan Azərbaycan Fransa kimi inkişaf etmiş iqtisadiyyata malik ölkə ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyil ki, 2018-ci il Fransanın Cənubi Qafqazın üç ölkəsi ilə ümumi ticarət dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşüb. 2019-cu il Azərbaycandan ixracın 3 faizi Fransaya həyata keçirilmişdir. Fransadan idxal olunmuş məhsullar isə ümumi idxalın 2,1 faizini təşkil edir. Azərbaycandan Fransaya ixrac olunan əsas məhsul xam neftdən başqa fındıq, meyvə, tərəvəz, xurma, şərab və s. məhsulların ixracını genişləndirmək mümkündür".

İşgüzar görüş sual-cavab sessiyası ilə davam edib. Vüsal Qasımlı auditoriyadan gələn sualları cavablandırdı. Tədbir əyani tanışlıq sessiyası ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın missiyası üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hal-hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?