12 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2020-ci ildə "Şahdəniz"dən hasilatın 13 faiz artacağı proqnozlaşdırılır

Bu il Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından hasilat 13 faiz artacaq. Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə rəyində deyilir. Bildirilir ki, cari ildə "Şahdəniz"dən 18,7 milyard kubmetr təbii qazın çıxarılması gözlənilir.

Bununla yanaşı, 2020-ci ildə "Şahdəniz" yatağı üzrə hasilatın pay bölgüsü sazişi çərçivəsində SOCAR-a və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən "Şahdəniz" fazası üzrə 0,2 milyon ABŞ dolları və ya 340 min manat məbləğində bonus ödənişlərinin edilməsi proqnozlaşdırılır.

Qeyd edək ki, "Şahdəniz" qaz-kondensat yatağından indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb. Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetrdir. "Şahdəniz"də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), "SGC Upstream" (6,7 faiz), "Petronas" (15,5 faiz), "LUKoil" (10 faiz), "NICO" (10 faiz) və "TPAO" (19 faiz).

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?