2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması dövlət üçün prioritetdir

Vətəndaşlara ipoteka krediti almaq imkanının yaradılması, Mənzil İnşaatı Dövlət Agentliyinin təsis edilməsi, güzəştli mənzillərin tikintisi dövlətin bu sahəyə nə dərəcədə qayğı ilə yanaşdığını göstərir. İndi isə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə vətəndaşlara Kirayə Mənzil Mexanizmi təklif olunur. Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bu üç layihənin hər birinin əhali arasında müəyyən hədəf qrupu var: "İlk olaraq ipoteka layihəsi əsasən az və orta təminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdi. Burada mənzilin qiymətinə və yerləşdiri əraziyə məhdudiyyət qoyulmur. Bu layihədən daha geniş əhali qrupu yararlana bilər.

Mənzil İnşaatı Dövlət Agentliyinin təklif etdiyi güzəştli mənzillərin əsas hədəf qrupu isə müəyyən kateqoriyaya aid edilən ailələrdir.

Bununla belə, aztəminatlı gənc ailələr var ki, onların ilkin ödəniş qabiliyyətləri yetərli deyil və ya güzəştli mənzil almaq üçün tələb olunan şərtlərə cavab vermir. Kirayə mənzil mexanizminin əsas istiqaməti bu cür aztəminatlı və gənc ailələrdir. Burada şərtlər çox yumşaqdır. Yəni minimum kirayə ödənişi üçün tələb olunan məbləğdən bir qədər yüksək maaşı olan vətəndaş heç bir problemsiz mənzil əldə edə biləcək.

Bu layihəyə yeni start verilib. Ola bilər ki, müəyyən çətinliklər olsun, gözlənilməz problemlər ortaya çıxsın, amma hesab edirəm ki, layihə əhali üçün xeyli faydalı olacaq.
Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu layihələr təkcə sosial xarakter daşımır. Dövlət bu layihələri həyata keçirməklə həm də ölkə iqtisadiyyatının inkişafına şərait yaradır".

Səbuhi TURAN

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?