9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2020-ci ildə mənfəət neftinin və qazın satışı üzrə ARDNF-nin daxilolmaları 10.563.404,5 min manat proqnozlaşdırılır

2020-ci ildə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 5 382,15 mln. ABŞ dolları vəsait daxil olması proqnozlaşdırılır. Bu barədə Hesablama Palatasının ARDNF-in 2020-ci il üzrə büdcəsinə verdiyi rəydə qeyd olunub. Bildirilir ki, AÇG üzrə mənfəət neftinin həcmi 99,35 mln. barel həcmində qiymətləndirilir. Ümumilikdə, Hasilatın Pay Bölgüsü sazişləri üzrə 2020-ci ildə mənfəət neftinin və qazın satışı üzrə Fondun daxilolmaları 6 213,8 mln. ABŞ dolları və ya 10 563 404,5 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2018-ci ilin müvafiq icra göstəricisindən 6.082,2 mln. manat və ya 36,5 faiz az, 2019-cu ilin proqnoz göstəricisindən 2.655,3 mln. manat və ya 20,1 faiz az, gözlənilən icra göstəricisindən isə 4.024,4 mln. manat və ya 27,6 faiz azdır.

Bu il "Şahdəniz" yatağı üzrə mənfəət qazının satışından Fonda 709,15 mln. dollar daxil olması proqnozlaşdırılır. Mənfəət qazı 23,5 mln. barel neft ekvivalenti həcmində qiymətləndirilir. 2020-ci ildə Fonda "Kürsəngi və Qarabağlı" yataqları üzrə 1,739 mln. dollar, "Suraxanı və Qaraçuxur" yataqları üzrə 2,740 mln. dolları, "Zığ-Hövsan" yatağı üzrə 2,183 mln. dollar, "Muradxanlı-Cəfərli-Zərdab" yataqları üzrə 0,07 mln. dollar, "Neftçala və Xıllı" yataqları üzrə 1,086 mln. dollar, "Mişovdağ və Kəlaməddin" yataqları üzrə 0,619 mln. dollar, "Kürovdağ" yatağı üzrə 4,45 mln. dollar, "Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı" yatağı üzrə 11,157 mln. dollar, "Binəqədi" blokuna daxil olan yataqlar üzrə 6,709 mln. dollar, "Qum-dəniz" və "Bahar" yataqları üzrə 0,772 mln. dollar daxil olması proqnozlaşdırılır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?