15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tezliklə Xaçmazda ilk KOB İnkişaf Mərkəzi açılacaq

Bakıda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Agentlik yanında İctimai Şuranın və Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə "Qida təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər" mövzusunda forum keçirilir. Tədbiri giriş sözü ilə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov açıb. Bildirilib ki, indiyə qədər Azərbaycanda qida sahəsində 10 mindən çox kiçik və orta biznes (KOB) subyekti qeydiyyatdan keçib və onların maraqları daima qorunur.

KOBİA rəhbərinin sözlərinə görə, bu kimi sahibkarlıq subyektləri ilə maarifləndirmə işlərinin genişləndirilməsinə zərurət var: "Bu məqsədilə yaxın günlərdə Xaçmazda ilk KOB İnkişaf Mərkəzi açılacaq".

Bundan başqa, O.Məmmədov qeyd edib ki, ölkədə KOB-ların istehsal etdiyi qida məhsullarının satışında problemlər var: "KOB-lar xüsusilə iri market şəbəkələrinə çıxışda çətinliklərlə üzləşirlər. Məhsulların keyfiyyətli formada qablaşdırılmasında, istehsalın davamlılığında, çatdırılmasında problemlər var. Lakin bu problemlərin həm obyektiv, həm də subyektiv səbəbləri var. Xoşagəlməz halların aradan qaldırılması üçün tənzimləmə alətlərinin təkmilləşdirilməsinə, eləcə də ticarət şəbəkələrinə giriş ilə bağlı dövlət dəstəyi mexanizmlərinə ehtiyac var və bu istiqamətdə Agentlik təkliflər hazırlayıb".

Qeyd edək ki, forumda dövlət qurumlarının nümayəndələri, eləcə də qida sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər. Tədbirdə qida sektoruna dair aktual məsələlər, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər və görülən işlər, dövlət və özəl qurumlar arasında əməkdaşlıq müzakirə edilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, bznes subyektlərinin təklifləri dinlənilib. Forumda səsləndirilən fikirlərin, rəy və təkliflərin aidiyyəti üzrə müvafiq qurumlara təqdim olunacağı qeyd edilib.

Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov və Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə çıxışlarında qida sahəsinin qeyri-neft sektorunun prioritet istiqamətlərindən olduğunu, bu sahədə son zamanlar həyata keçirilən tədbirlər, qanunvericiliyə edilmiş dəyişikliklər və layihələr barədə məlumat veriblər.

Həmçinin, forumda KOBİA-nın mikro, kiçik və orta sahibkarlara dəstək mexanizmlərinə dair videoçarxlar nümayiş olunub. KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlər keçirilir. 2019-cu ildə KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə müxtəlif mövzularda 6 forum keçirilib və belə tədbirlər 2020-ci ildə də davam etdiriləcək.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?