9 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Keçən il ümumi daxili məhsul istehsalı 81,6 milyard manat olub

2019-cu ildə ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul (ÜDM) əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81 milyard 681 milyon manata çatıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən il iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda 0,4 faiz artıb.

İnformasiya və rabitə sahələrində əlavə dəyər 15,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 6,4 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,6 faiz, sənayedə 1,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1 faiz, digər xidmət sahələrində 3,3 faiz artıb, tikintidə 6,1 faiz azalıb.

ÜDM-in 41,4 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi tikinti, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 16,7 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 8.247 manat olub.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?