3 Dekabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı məhsulları üzrə ixracı artırmağın əsas yolu emal sənayesinin inkişafından keçir

Ölkəmizdə meyvə-tərəvəz istehsalı böyük dərəcədə artsa da, emal müəssisələri kifayət qədər deyil. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu barədə danışarkən deyib: "Növbəti dövrdə kənd təsərrüfatı emalına biz böyük diqqət göstərməliyik. Çünki bizim kənd təsərrüfatı istehsalımız artır. Bizim ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunur və yeni kənd təsərrüfatı sahələri fəaliyyətə başlayır. Burada kənd təsərrüfatının birbaşa sənaye ilə uzlaşması var. Misal üçün, keçən il meyvə-tərəvəz istehsalı böyük dərəcədə artıbdır. Bizim kifayət qədər emal müəssisələrimiz olmalıdır. Onlar hazırda kifayət qədər deyil. O emal müəssisələri imkan vermir ki, biz öz meyvə-tərəvəzimizi daha da böyük həcmdə emal edək və hazır məhsul kimi ixrac edək. Ona görə şirələr, kompotlar, konservlər, qurudulmuş meyvə - bütün bu sahə gərək çox ciddi dəstək alsın, həm dövlət tərəfindən, həm özəl sektor da bu işlərə qoşulmalıdır. Yəni, özəl sektor onsuz da bu işləri görür, yəni öz vəsaiti hesabına bu işləri görməlidir".

Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, Azərbaycanda emal sənayesinin inkişafı üçün böyük potensial var. Hazırda kənd təsərrüfatının emalı sənayesində yaradılan əlavə dəyərin ilkin kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yaradılan əlavə dəyərə nisbəti 25 faiz təşkil edir.
Mərkəzin direktoru diqqətə çatdırıb ki, ki, bu göstərici inkişaf etmiş ölkələrdə ən azı 1-1,2, hətta 1,4 faiz nisbətindədir:

"Meyvə-tərəvəzin qurudulması, toxuculuq, pambıqçılıq, ipəkçilik, süd məhsullarının emalı sahələrinin perspektivləri var. Kənd təsərrüfatı məhsulları üzrə ixracı artırmağın əsas yolu emal sənayesi vasitəsilə mümkündür. Azərbaycan emal olunmamış kənd təsərrüfatı məhsulları üzrə ixrac edə biləcəyi həcmin demək olar ki, maksimumuna yaxınlaşıb. Bu baxımdan, dövlətimizin başçısının da vurğuladığı kimi, emal sənayesinin böyük perspektivi var.

Hazırda emal sənayesi üzrə ölkənin mövcud potensialının çox az bir hissəsindən istifadə olunur. Demək olar ki, kənd təsərrüfatı məhsullarının emalı üzrə ixracın ilkin mərhələsindəyik. Emal sənayesinin inkişafı ölkənin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixrac potensialının gücləndirilməsində mühüm rol oynayacaq".

Firdovsi Fikrətzadə, həmçinin qeyd edib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə emal sənayesinin inkişafı, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı istiqamətində görüləcək işlərə dair texniki əsaslandırmalar hazırlayır və bununla bağlı təkliflər hökumətə təqdim olunacaq.

VergiVergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər? VergiBeynəlxalq yükdaşıma xidmətinin ƏDV-yə cəlb edilməsi VergiRepetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir? Ekspert RəyiBütün müəssisələrdə baş mühasib ştatının olması vacibdirmi? VergiOnlayn NKA-lar vasitəsilə dövriyyə 18 mlrd. manata yaxın olub VergiAktiv ƏDV ödəyicilərinin sayı 12,2 faiz artıb