9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan ticarətin asanlaşdırılması və sənədsiz ticarətin aparılması üzrə regionun lideri olub

Azərbaycan BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP)* rəqəmsal və davamlı ticarətin asanlaşdırılması ilə bağlı qlobal tədqiqatında ilk pillədə yer alıb. Hesabatda göstərilir ki, Azərbaycan bütün göstəricilərə görə dünyada ən öndə gedən ölkələr arasında, Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında isə liderdir.

Tədqiqat Ümümdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişi (TFA) çərçivəsində 7 sahəni əhatə edib: 1. Ticarətin asanlaşdırılması üçün ümumi tədbirlər 2. Sənədsiz ticarət 3. Sərhədsiz sənədsiz ticarət 4. Tranzit asanlaşdırma 5. Ticarət və KOB-ların fəaliyyətinin asanlaşdırılması 6. Ticarətin asanlaşdırılması və kənd təsərrüfatı ticarəti 7. Qadınların ticarətdə iştirakının asanlaşdırılması. Sorğu 7 sahədən 53 tədbir üzrə 8 bölgəni 128 iqtisadiyyatı əhatə edib.

Azərbaycan sorğuda 81.72%-lik göstərici ilə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında Rusiya Federasiyası və Şimali Makedoniya Respublikası ilə birlikdə ilk pillədə yer alıb.

Müqayisə üçün, Azərbaycan 2015-ci ildə 48.49%, 2017-ci ildə isə 75.25%-lik nəticə göstərib. 4 illik dövr ərzində Azərbaycan bu sıralamada öz göstəricilərini 33.23% artıraraq dünyada top 20 ölkə sırasında yer alıb.

Azərbaycan sərhədsiz sənədsiz ticarət üzrə 50.00%; kağızsız ticarət üzrə 85.19%; institusional tənzimləmə və əməkdaşlıq üzrə 88.89%; formallıq üzrə 91,67%; şəffaflıq üzrə isə 93.33%-lik göstərici əldə edib.

Ermənistanın 2019-cu ildə sərhədsiz sənədsiz ticarət üzrə 50.00%; kağızsız ticarət üzrə 70.37% institusional tənzimləmə və əməkdaşlıq üzrə 22,22%; Formallıq üzrə 62,50%; Şəffaflıq üzrə 86.67% olmaqla ümumilikdə bu tədqiqatda balı 62.37% olub.

Birləşmiş Millətlər Təşkilatının 5 Regional Komissiyası (UNRCs) və getdikcə artan qlobal və regional tərəfdaşlar tərəfindən birgə aparılan sorğu faktlara əsaslanıb və məlumatların toplanması və təsdiqi üç addımlı yanaşma ilə tətbiq edilib: Mütəxəssislərdən açıq məlumatın toplanması, BMT-nin Regional Komissiyası Katiblikləri tərəfindən məlumatların yoxlanılması və Milli hökumətlər tərəfindən məlumatların təsdiqlənməsi.

Tədqiqat 2015-ci ildən bəri hər iki ildən bir aparılır. Sorğular barədə məlumatlar və nəticələr www.untfsurvey.org səhifəsində yer alıb.

Azərbaycanın bu reytinqdə lider mövqeyə yüksəlməsi Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində mümkün olub. Xüsusilə, ölkədə rəqəmsallaşmanın və nağdsız dövriyyənin genişləndirilməsi, ticarətin liberallaşdırılması, “Yaşıl dəhliz”, Azexport.az, Azərbaycan Rəqəmsal Ticarət Qovşağı və s. sahəsində aparılan uğurlu islahatlar məntiqi nəticəsini verib.

Qeyd edək ki, Azərbaycan Respublikası BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasına (UNESCAP) 31 iyul 1992-ci ildə üzv olub. Azərbaycanın UNESCAP-ın əksər üzv ölkələri ilə yüksək səviyyəli münasibətlərə malik olduğunu nəzərə alaraq, nəqliyyat, İnformasiya və kommunikasiya texnologiyaları, ticarət və enerji, investisiya və innovasiya, ətraf mühit, sosial inkişaf, statistika, fəlakətlərin azaldılması və s. kimi sahələrdə regionda maraqların irəliləməsi üçün UNESCAP vacib platformadır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?