10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Malların təqdim olunması prosesində rəsmiləşdirmə

Pərakəndə, topdansatış və həmçinin ictimai iaşə fəaliyyət sahələrinin gəlirləri və xərclərinin uçotunun aparılması “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir. Mövzunu maliyyə eksperti Şəms Hüseynova şərh edir.

Pərakəndə, topdansatış və həmçinin ictimai iaşə fəaliyyət sahələrinin gəlirləri və xərclərinin uçotunun aparılması “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir. Mövzunu maliyyə eksperti Şəms Hüseynova şərh edir.

“Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.1.1-ci maddəsində bildirilir ki, pərakəndə, topdansatış və həmçinin ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyatda olmayan vergi ödəyicilərindən aldıqda bu malların alınmasına aid Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilir.
Qaydanın 3.1.2-ci bəndinə əsasən “Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturanın da verilməsi tələb edilir və belə malların anbara verilməsi “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilir.
Qaydanın 3.2-ci bəndinə əsasən “Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, yalnız “Malların alış aktı” tərtib edilir. Bu cür malların anbara təhvil verilməsi üçün “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilməsi kifayyət edir.
Qaydaların 3.3-cü bəndində qeyd olunub ki, “Vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsin malları anbara təhvil verməsi yenə də “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
Qaydanın 3.4-cü bəndinə əsasən isə idxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilir.
Bundan əlavə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilmiş 30 iyun 2017-ci il tarixli Q-08 nömrəli qərar Malların təhvil-qəbul aktı” (Forma № MTQA-1) formasının 2-ci hissəsinin məzmunundan bəlli olur ki, bu blankdan həm alışda həm də satışda istifadə etmək olar.
Vergi Məcəlləsinin 58.8-ci maddəsinə görə vergi yoxlamaları zamanı Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin anbarında olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə həmin Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda maliyyə sanksiyaları müəyyən edilmişdir.

Hazırladı: Fəxriyyə İkramqızı

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?