19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: "2019-cu il Azərbaycanda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması ilə müşayiət olunub"

"2019-cu il Azərbaycan iqtisadiyyatında yeni islahatlar dalğasının başlanması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, əhalinin rifah səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi istqamətində genişmiqyaslı tədbirlərin görülməsi ilə müşayiət olunub”. Bu fikirləri İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirdiyi mətbuat konfransında deyib: "Ötən il ölkə Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, qeyri-neft özəl sektorun təşviqi və qeyri-neft ixracının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində çoxşaxəli islahatların həyata keçirilməsi davam etdirilib.

Bu şəraitdə, ilkin qiymətləndirməyə görə, 2019-cu ildə ÜDM-in real artımı 2,2%, qeyri-neft sektorunda isə 3,5% təşkil edib. Qeyri-neft sektorunda sənaye istehsalı 13,9% artıb, qeyri-neft ixracının həcmi 1,9 milyard ABŞ dollarını ötüb. Ötən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5% təşkil edib. Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65%-dən 2019-cu ildə 69,7%-ə yüksəlib”.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?