25 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əli Əhmədov: "SSRİ-nin süqutundan sonra ən yüksək inkişaf edən dövlətlərdən bəlkə də birincisi Azərbaycandır"

"SSRİ-nin süqutundan sonra ən yüksək inkişaf edən dövlətlərdən biri, bəlkə də birincisi Azərbaycandır". Bu fikirləri Bakıda Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq çərçivəsini formalaşdırmaq üçün keçirilən ikigünlük seminarda Baş Nazirin müavini Əli Əhmədov səsləndirib.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan 2012-2017-ci illərdə BMT-yə iki hesabat təqdim edib: "Hesab edirəm ki, 2030-cu ilə qədər dünyanın transformasiyası layihəsi çərçivəsində də Azərbaycan öz töhfəsini verəcək. Azərbaycan dünyanın bir parçasıdır. Azərbaycanın inkişafını dünyanın inkişafından kənarda təsəvvür etmək mümkün deyil. Buna görə də Azərbaycanın inkişaf strategiyasını BMT-nin müəyyən etdiyi inkişaf strategiyasına uyğunlaşdırılması prosesi gedir".

Ə.Əhmədov əlavə edib ki, Azərbaycanın inkişafı bütün sahələrdə özünü göstərib: "Son 30 ildə Azərbaycan əhalisi 3 milyon nəfər artıb ki, bu da 40%-dən çox artım deməkdir. Hazırda əhalimizin 50%-dən bir qədər çoxu şəhərlərdə yaşayır. Bu da kənd yerlərində həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı bizim qarşımızda vəzifələr qoyur. Həmçinin gender bərabərliyi ilə bağlı məsələlər də qarşımızda var və əminəm ki, bundan sonra da belə olacaq ".

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?