27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il dövlət büdcəsi gəlirlərinin 44 faizini qeyri-neft sektoru təmin edib

2019-cu ildə dövlət büdcəsinə daxil olmiş 24.200 milyon manat vəsaitin 10.595 milyon manatı və yaxud 43,8 faizi qeyri-neft sektorunun payına düşüb. Maliyyə Nazirliyinin məlumatına görə, bu, proqnoza nisbətən 11,9 faiz, 2018-ci illə müqayisədə isə 16,3 faiz çoxdur. Ötən il vergi orqanlarının xətti ilə büdcəyə 7.672 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 4,9 faiz, illik müqayisədə isə 3,5 faiz çoxdur.

İl ərzində gömrük orqanları isə büdcəyə proqnoza nisbətən 19,1 faiz çox, 1 il əvvəllə müqayisədə isə 28,4 faiz çox - 4.409 milyon manat vəsait təmin edib.

Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertlər isə 11.364 milyon manat təşkil edib.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların hesabına büdcəyə 590 milyon manat, digər istiqamətlərdən isə 165 milyon manat vəsait köçürülüb.

Ötən ilin oktyabr-dekabr aylarında isə dövlət büdcəsinin mədaxili 7.328 milyon icra olunub.

2019-cu ildə dövlət büdcəsindən xərclənmiş 24.405 milyon manat vəsaitin isə 13.514 milyon manatı və yaxud 55,4 faizi cari xərclər, 9.366 milyon manatı və yaxud 38,4 faizi əsaslı xərclər, 1.524 milyon manatı və yaxud 6,2 faizi isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Ötən ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin məxarici 7.714 milyon manat icra olunub.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?