19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-İtaliya Biznes Şurası yaradılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Romada İtaliya Respublikası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın V iclasında təmsil edilib. KOBİA-dan bildirilib ki, iki ölkə arasında ticarət-iqtisadi, logistika, kənd təsərrüfatı, turizm və sair sahələrdə əməkdaşlığın müzakirə edildiyi iclasda agentliyin idarə heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti barədə məlumat verib. O, Azərbaycan və İtaliya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi üçün bir sıra təkliflər səsləndirib.

Qeyd olunub ki, Azərbaycan-İtaliya Biznes Şurasının yaradılması, KOBİA ilə İtaliyanın müvafiq qurumları, ticarət palataları və biznes assosiasiyaları arasında əməkdaşlığın inkişafı, hər iki ölkənin KOB-larının iştirakı ilə Azərbaycanda birgə müəssisələrin təşkili, potensial investisiya layihələri barədə məlumat mübadiləsi, Azərbaycan KOB-larının İtaliyaya tanışlıq səfərlərinin, müəssisələrə baxış və təlimlərin təşkili, birgə innovativ layihələrin həyata keçirilməsi Azərbaycan və İtaliya KOB-ları arasında əməkdaşlığın inkişafı baxımdan əhəmiyyətli olacaq.

Səfər çərçivəsində KOBİA nümayəndələri İtaliyanın Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəsinin (INSME) prezidenti Sergio Arzeni və baş katibi Giovanni Zazzerini ilə görüşüb. Görüşdə ölkəmizdə KOB sektorunun inkişafı, bu sahədə KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, agentliyin beynəlxalq müstəvidə geniş əlaqələrə malik olduğu, INSME və İtaliyanın digər müvafiq qurumları ilə əməkdaşlığın qurulmasında maraqlı olduğu diqqətə çatdırılıb. KOBİA-nın təşkilata üzvülüyünə dair müzakirələrin aparıldığı görüşdə, həmçinin INSME-nin tədbirlərində agentliyin iştirakı, birgə tədbirlərin keçirilməsi, qarşılıqlı biznes missiyaların təşkili, potensial layihələr barədə məlumat mübadiləsi və digər mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?