10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İlin əvvəlinə 13 min 604 xarici investisiyalı kommersiya qurumu qeydiyyatda olub

2019-cu ildə Azərbaycanda qeydiyyata alınan hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,2 faiz artıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,8 faizdən 89 faizə yüksəlib.

Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu ildən tətbiq olunan elektron qeydiyyat ilə (fin kod+mobil nömrə) 955 hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Başqa sözlə, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin illik qeydiyyatının 8,6 faizinin yeni üsulla aparılması təmin olunub.
2019-cu ilin son yeddi ayında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər üzrə elektron qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub. Dekabr ayında isə bu göstərici 91,6 faiz təşkil edib.

2020-ci ilin 1 yanvar tarixinə 167 publik hüquqi şəxs dövlət qeydiyyatında olub. 2020-ci il yanvarın 1-dək 14 min 388 xarici investisiyalı kommersiya qurumu qeydiyyata alınıb. Onlardan 784-ü və ya 5,4 faizi ləğv edilib. Hazırda qeydiyyatda olan 13 min 604 xarici investisiyalı kommersiya qurumundan 2 min 753-ü müştərək (Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə birlikdə təsis edilmiş) hüquqi şəxslər, 10 min 851-i tam xarici investisiyalı müəssisələr, o cümlədən 2 705-i xarici şirkətlərin Azərbaycan Respublikasında yaradılmış filial və ya nümayəndəliyidir.

Qeydiyyatda olan xarici investisiyalı kommersiya qurumundan 10 338-i (76 faiz) məhdud məsuliyyətli cəmiyyət, 2 705-i (19,9 faiz) xarici şirkətlərin Azərbaycan Respublikasında yaradılan filial və ya nümayəndəliyi, 123-ü (0,9 faiz) səhmdar cəmiyyət və 407-si (3 faizi) digər təşkilati-hüquqi formalardadır.
2018-ci ilin yekunları ilə müqayisədə aktiv xarici investisiyalı qurumların sayı 44,8 faiz artıb. Müqayisə edilən dövrdə aktiv xarici investisiyalı qurumlardan ƏDV ödəyicisi olanlarının sayı isə 250 vahid və ya 11,1 faiz artıb.

2019-cu il ərzində Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 37,5 faizi Pakistanın, 17,2 faizi İranın, 13,6 faizi Türkiyənin, 7,7 faizi Hindistanın və 3,7 faizi Rusiyanın fiziki və hüquqi şəxsləri tərəfindən təsis edilib.
2020-ci il yanvarın 1-nə dövlət qeydiyyatında olan xarici investisiyalı kommersiya qurumlarının 40,4 faizi xidmət, 25,4 faizi ticarət, 10,8 faizi tikinti, 9,9 faizi sənaye, 2,7 faizi rabitə, 2,6 faizi nəqliyyat, 2 faizi kənd təsərrüfatı, 1 faizi maliyyə, 5,3 faizi digər sahələrdə fəaliyyət göstərirlər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?