7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ötən il AÇG-də gündəlik neft hasilatı azalıb

Ötən il AÇG-də gündəlik neft hasilatı azalıb

2019-cu ildə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda ümumi hasilat səviyyəsi gündə 535 min barel təşkil edib. Blokun operatoru “BP-Azerbaijan” şirkətinin məlumatına görə, indiyədək AÇG yatağı Azərbaycan hökuməti üçün ümumilikdə 45 milyard kubmetrdən artıq səmt qazı təmin edib.

AÇG üzrə ilk müqavilənin imzalanmasından etibarən yatağının işlənməsinə təxminən 38 mlrd. ABŞ dollar həcmində sərmayə qoyulub.

Qeyd edək ki, ilkin olaraq AÇG üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) 20 sentyabr 1994-cü il tarixində imzalanıb. 2017-ci ildə AÇG üzrə HPBS-in müddəti 2049-cu ilin sonunadək uzadılıb. İlk neft 7 noyabr 1997-ci il tarixində "Çıraq" yatağından hasil edilib.

AÇG yatağında hazırda səkkiz dəniz platforması mövcuddur. Bunlardan altısı hasilat platforması və ikisi isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat platformasıdır. AÇG yatağının növbəti işlənmə layihəsi olan “Mərkəzi-Şərqi Azəri” (AMŞ) layihəsi hazırda icra mərhələsindədir və burada ilk neftin 2023-cu ildə hasil olunacağı gözlənilir.

Hasil edilmiş neft və qaz həcmləri platformalardan dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql edilir.

2018-ci ildə AÇG-də gündə orta hesabla 584 min barel neft hasil edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?