1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

EKTİS aqrar sahənin iştirakçılarını bir araya toplayacaq vahid xidmət platformasıdır

Subsidiyaların fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən verilməsi aqrar sahənin bütün iştirakçılarını bir platformaya toplamağa imkan verəcək. Bu barədə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib. O qeyd edib ki, www.eagro.az portalında həm fermerlər, həm də onlara xidmət göstərən toxum, gübrə, pestisid təchizatçıları, süni mayalama mütəxəssisləri, baytarlar qeydiyyatdan keçirlər: "Sistemdə onların təqdim etdikləri məhsul və xidmətlər, eləcə də qiymətlər yerləşdiriləcək. Fermerlər qiymətləri müqayisə edib, istədikləri məhsul və xidmətləri seçmək imkanı qazanacaqlar".

Subsidiya vəsaitləri "Fermer kartı"na köçürüldükdən sonra fermerlər ödənişləri POS-terminallar və ya onlayn qaydada (e-commerce) edəcəklər. Bu platforma kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təchizatçıların təklif etdikləri qiymətləri nəzarətdə saxlamağa imkan verəcək. Həmçinin bu platforma təchizatçıların təklif etdikləri qiymətləri nəzərə alaraq subsidiya əmsallarının müəyyən olunmasına şərait yaradacaq. EKTİS təchizatçılar üçün online sifariş və satış platforması kimi də xidmət göstərəcək.

Qeyd edək ki, bu il yanvarın 1-dən "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması" üzrə yeni qayda qüvvədədir. Prezident İlham Əliyevin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş bu qaydaya əsasən, aqrar subsidiyalar fermerlərə EKTİS vasitəsilə veriləcək. Kənd təsərrüfatı sahəsində tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizm bu sahədə hesabatlılığın, şəffaflığın artmasına, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsinə, fermerlər üçün müraciətlərin sadələşdirilməsinə, elektronlaşdırılaraq asanlaşdırılması və əlçatanlığına xidmət edir.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ