1 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda elektron xidmətlərin əhatə dairəsi genişləndirilir

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin (SƏLİS) 7 xidməti "myGov" elektron hökumət portalına inteqrasiya olundu. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, xidmətlər sırasına e-Ərizə, e-Ekspertiza, e-Vətəndaş, e-Apelyasiya, e-Növbə, e-İdarəetmə və hesabat, e-Müraciət daxildir.

Artıq SƏLİS istifadəçiləri vətəndaşları, dövlət və biznes qurumlarını vahid platformada birləşdirərək elektron xidmətlər göstərən "myGov" platformasından çıxmadan "qurumlar üzrə" bölməsinə daxil olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qeyd edilən xidmətlərinə müraciət edə bilərlər. SƏLİS sisteminin məqsədi Şuranın xidmətlərini istifadəçilər üçün daha rahat və əlçatan edərək QHT məmnunluğunu təmin etmək, şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdir.

"myGov" portalına inteqrasiya olunan sistemlərin xidmətlərindən başqa platforma üzərindən vətəndaşlara 19 dövlət xidməti və 16 bildiriş xidməti təqdim olunur.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?