9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fermerlər subsidiyanı elektron kabinetlərindəki kalkulyatorla hesablaya biləcəklər

Fermerlər subsidiyanı elektron kabinetlərindəki kalkulyatorla hesablaya biləcəklər

Yeni subsidiya qaydalarına əsasən, fermerlər 6 subsidiya növünü Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən ala biləcəklər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması" qaydası artıq qüvvədədir. Bu qayda fermerlərə dövlət dəstəyi olaraq tətbiq edilən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyalarının EKTİS üzərindən verilməsini nəzərdə tutur. İlk növbədə, verilməsi nəzərdə tutulan əkin və heyvan subsidiyaları üzrə bölmələr www.eagro.az portalında Subsidiya İnformasiya Sistemində fermerin şəxsi kabinetində yerləşdirilib. Bütün subsidiya növləri üzrə fermerlərə veriləcək vəsaitin məbləği artıq müəyyənləşdirilib. Yeni qaydaya uyğun olaraq, Aqrar Subsidiya Şurası yanvarın 15-dək subsidiya verilməli olan bitkiçilik məhsulları, onlara düşən subsidiyaların əmsal və məbləğlərini elan etməlidir. Elektron sistemə keçidin sürətlə təmin edilməsi və fermerlərə subsidiyaların vaxtında ödənilməsi üçün Aqrar Subsidiya Şurası 2020-ci ilin bitkilər və regionlara görə əkin, məhsul və toxum subsidiya əmsallarını, toxum və ting kvotalarını 2019-cu ilin sentyabrında elan edib. Elektron şəxsi kabinetində subsidiya üçün müraciət dolduran hər bir fermer ona düşəcək subsidiyanı müraciəti təsdiqləmədən əvvəl kabinetdəki kalkulyatorla hesablaya biləcək.

Qeyd edək ki, hazırda EKTİS-də 450.000-dək fermer qeydiyyatdan keçib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?