23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-neft sənayesinə 1,5 milyard manata yaxın investisiya qoyulub

Qeyri-neft sənayesinə 1,5 milyard manata yaxın investisiya qoyulub

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qeyri-neft sənayesinə 1.493,1 mln. manat investisiya qoyulub. "APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qeyri-neft sənayesinə investisiyaların həcmində isə illik müqayisədə 3,1 faiz azalma qeydə alınıb. Rəsmi statistikaya əsasən, Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq cari il yanvar-noyabr ayları ərzində 7.986,4 mln. manat təşkil edib.

Hesabat dövründə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 62,5 faizini qeyri-neft sektoru, o cümlədən 11,7 faizini qeyri-neft sənayesi əhatə edib.

Qeyd edək ki, 2018-ci ilin ilk on bir ayı ərzində qeyri-neft sektoruna investisiyaların həcmində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz, qeyri-neft sənayesinə investisiyaların həcmində isə 22,6 faiz artım qeydə alınmışdı.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması