Azərbaycanda ilk dəfə "İlin iş adamı" müsabiqəsi keçirilir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-lara müraciət edib. KOBİA-dan bildirilib ki, Azərbaycanda ilk dəfə "İlin iş adamı" müsabiqəsi keçirilir. "Ernst & Young"ın təşkilatçılığı ilə keçirilən müsabiqə dünyada ən nüfuzlu biznes mükafatlarından hesab olunur. KOBİA 2019-2020-ci illər üzrə "İlin iş adamı" müsabiqəsi üzrə "EY Azərbaycan"ın strateji tərəfdaşıdır. Müsabiqə BP və Azərbaycan Beynəlxalq Bankı tərəfindən dəstəklənir.
Bütün sahələrdə Azərbaycanın istənilən regionundan olan kiçik və orta sahibkarlar yanvarın 15-dək müsabiqədə iştirak üçün müraciət edə bilərlər. Müsabiqənin finalçıları və qalibi martın 11-də elan ediləcək. Qalib Azərbaycanı 2020-ci ilin iyunda Monakoda digər ölkələrin finalçıları ilə mübarizədə təmsil edəcək.
Namizədliyini irəli sürmək istəyən iş adamları müsabiqə barədə ətraflı məlumatı buradan əldə edə bilərlər.