19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan telekommunikasiya və optik xidmətlər ixracını artırıb

Bu ilin yanvar-noyabr aylarında "Azərkosmos" ASC 26 xarici ölkəyə 40,6 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda göstərilib. Məlumata görə, 11 ay ərzində dövlət şirkətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.

Təkcə bu ilin noyabr ayında isə "Azərkosmos" 19 xarici ölkəyə 3,1 milyon dollar dəyərində xidmət ixrac edib. Bu isə oktyabrla müqayisədə ölkələrin sayının 4 ədəd, xidmət dəyərinin isə 4,1 milyon manat 56,9 faiz azalması deməkdir. Səhmdar cəmiyyətinin xidmətlərini, əsasən, ABŞ, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq və Malayziya idxal edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?