11 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyə ilə qarşılıqlı olaraq bəzi məhsullar üzrə gömrük tarifləri azaldılacaq

Gələn il Azərbaycan və Türkiyə arasında güzəştli şərtlərlə ticarət üçün müqavilə imzalanacaq. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bundan sonra iki ölkə arasında iqtisadi münasibətlər daha da inkişaf edəcək və qarşılıqlı olaraq bəzi məhsullar üzrə gömrük tarifləri azaldılacaq: "Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər genişlənir. Ötən il ticarət dövriyyəmizin dəyəri 3 milyard ABŞ dolları civarında idi. Bu il isə bu rəqəm 4 milyard dolları ötüb. İki ölkə arasında ticarət əlaqələrini artırmaqla daha böyük rəqəmlər hədəfləyirik. Dünən Türkiyənin iqtisadiyyyat və ticarət naziri Azərbaycanda rəsmi səfərdə idi və bir sıra görüşlər keçirdi. Əsas müzakirə mövzusu iki ölkə arasında ticarət dövriyyəsini artırılması olub. Bununla yanaşı, qarşılıqlı olaraq hər iki ölkə ərazisində investisiya qoyuluşunu artırmaq məsələsi də müzakirə edilib. Hazırda Türkiyə Azərbaycanda, Azərbaycan Türkiyədə ən iri sərmayədardır. Lakin bu göstərici kifayət qədər deyil, çünki iqtisadi münasibətləri genişləndirmək üçün hər iki ölkənin böyük potensialı var. Ticarət münasibətlərini daha da inkişaf etdirmək üçün əlimizdən gələni edirik".

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?