24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda istehlak kreditlərinin borc yükü artıb

Azərbaycanda istehlak kreditlərinin borc yükü artıb

Bu il noyabrın 1-i vəziyyətinə Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər əhalinin nominal pul gəlirlərinin 13,8 faizi həcmində olub. "APA-Economics"in Dövlət Statistika Komitəsi və Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, ev təsərrüfatlarına kredit qoyuluşunun əhalinin nominal gəlirlərinə nisbəti illik 2,2 faiz bəndi artıb.

Qeyd edək ki, maliyyə kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşu illik ifadədə 26 faiz artaraq 1 noyabr 2019-cu il tarixinə 6.431,0 mln. manat, ölkə əhalisinin nominal gəlirləri isə illik müqayisədə 6,9 faiz artaraq cari il yanvar-oktyabr ayları ərzində 46.705,8 mln. manat təşkil edib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması